İDMAN
Azərbaycan güləşçisi U-23 Avropa çempionatında qızıl medal qazanıb VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Polşanın Valbrzix şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. Yığmamız üç çəki dərəcəsində təmsil olunub.
Turnirdə 55 kiloqran çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə o, Bolqarıstan idmançısı ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa çempionatının qızıl medalına sahib olub.
Çempionatın dördüncü günündə - martın 27-də 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.
İdmançılarımız üç çəki dərəcəsində bürünc medal uğrunda yarışacaqlar.