İDMAN


Azərbaycan güləşçisi Yuliya Ratkeviç  “Rio-2016”nı beşinci pillədə başa vurub

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 17-də qadın güləşçimiz Yuliya Ratkeviç “Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşündə ukraynalı Oksana Herheldən üstün olub. Dörddəbir finalda Yuliya Ratkeviç kolumbiyalı Jaklin Ryenteriyanı mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsində Yaponiya idmançısı Kaori İçoya məğlub olan idmançımız bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə Yuliya Ratkeviç Tunis idmançısı Marva Amriyə uduzaraq Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.