İDMAN


Azərbaycan güləşçisi dünya çempionatının bürünc medalına sahib olub

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı başlayıb.

AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə 50, 54, 58, 63 və 100 kiloqram çəkidə yunan-Roma güləşçiləri yarışıblar.

Turnirdə 50 kiloqram çəkidə yarışan Zaur Nuriyev Meksika və İsveçdən olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Üçüncü yer uğrunda görüşdə Z.Nuriyev İran idmançısına qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.

Elnur Musayev (54 kq) Yunanıstan və Macarıstandan olan rəqiblərindən üstün olub. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Qırğızıstan təmsilçisinə uduzan E.Musayev çempionatı 5-ci sırada tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.