İDMAN


Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb VİDEO

Bakı, 2 avqust, AZƏRTAC 

Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı Şahin Muxtarov rəqiblərini məğlub edərək qızıl medal və gənclərin dünya çempionu titulunu qazanıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız finala qədər ardıcıl olaraq kanadalı Axtar Kieran İmranı, qırğızıstanlı Akbar Kenjebek Ulunu və rusiyalı Aslan Minkailovu üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi Karen Zurabyan ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.