İDMAN


Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında bürünc medal qazanıb

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında ikinci günün yarışları başlayıb.

AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın sərbəst güləş üzrə üç idmançısı yarışlara qatılıb.

Çempionatda 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Əşrəf Əliyev bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə Hindistan idmançısına 2:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.