İQTİSADİYYAT


Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaltmağa razılaşıb

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel azaltmağa razı olub.

Nigeriya Neft Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı ümumilikdə 612 min barrel azaltmaq barədə razılığa gəliblər.

Məlumata əsasən, Rusiya gündəlik hasilatı 300 min, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya hərəyə 35 min, Bəhreyn və Ekvatorial Qvineya hərəyə 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya hərəyə 4 min barrel azaldacaqlar.

Vyana görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.