SİYASƏT


Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının beş müsabiqəsində iştirak edəcək

Bakı, 20 may, AZƏRTAC

İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya) ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Silahlı Qüvvələrimizin nümayəndələrinin də iştirakı planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan hərbçilərinin Rusiya və Qazaxıstan ərazilərindəki poliqonlarda keçiriləcək “Tank biatlonu”, “Artilleriya atəşi ustası”, “Snayper həddi” və “Səhra mətbəxi” növləri üzrə müsabiqələrdə iştirakı nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycan, Rusiya və Qazaxıstanın hərbi dənizçilərinin iştirakı ilə Bakıda “Dəniz kuboku” müsabiqəsi də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.