ORDU
Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak edirlər
Bakı, 31 iyul, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamlar qonaqlara təqdim edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan, Rusiya, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox yeməklər hazırlayıblar. Müsabiqəni izləyən çoxsaylı qonaqlar hərbçi aşpazlarımızın hazırladıqları xörəklər və şirniyyatların dadına baxıblar.
Müsabiqə çərçivəsində Azərbaycanın milli mədəniyyətini əks etdirən sənət nümunələri və musiqi alətləri də nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
- 19.04.2024 [11:28]