İDMAN


Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə yarışlarda uğur qazanıblar

Bakı, 10 iyul, AZƏRTAC 

Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.

Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub.

Qaliblərə medal, diplom və mükafat təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.