İDMAN


Azərbaycan idmançıları Minskdə beynəlxalq Paralimpiya festivalında iştirak edəcəklər

A+ A

Bakı, 28 iyul, AZƏRTAC 

Avqustun 2-7-də Belarusun paytaxtı Minskdə beynəlxalq Paralimpiya festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iki idman növü üzrə yarışlar təşkil olunacaq.

Boulinq yarışlarında ölkəmizi Bahar Şıxıyeva, əlil arabasında idman rəqsi turnirində isə Vüsalə Kərimova və Fərid Mehdiyev təmsil edəcəklər.

Yarışlardan sonra Azadə Abdullayeva paraşütlə 3 min 500 metr hündürlükdən tullanacaq. Həmçinin idmançılarımız Vüsalə Kərimova və Bahar Şıxıyeva da paraşütlə tullanacaqlar. Bu layihə Belarusun Əlil idmançılara dəstək Fondu və Azərbaycan Respublikası “Əlil idmançılara dəstək” İctimai Birliyinin təşəbbüsü ilə keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.