İDMAN


Azərbaycan idmançıları Qırğızıstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-7-də Qırğızıstanın Çolpon-Ata şəhərində ikinci Dünya Köçəri Oyunları keçiriləcək.

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu tədbirdə iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində qonaqlar üçün “Kırçın” vadisində “Köçməndər Aalamı” festivalı baş tutacaq. Festivalda Qırğızıstanın 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.

Bununla yanaşı, sentyabrın 5-7-də tədbir iştirakçılarının “WorldNomadFest 2016” festivalı çərçivəsində etnomoda, etnoxit və etno rəqslər istiqaməti üzrə çıxışları olacaq.

Ümumilikdə Oyunlarda 53 ölkədən 23 idman növü üzrə 2 min idmançının iştirakı nəzərdə tutulub.

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3

musiqiçi ilə qatılır.

İdmançılarımız öz qüvvələrini milli güləş, alış güləşi, aba güləşi, türkmən güləşi, qazax güləşi, qırğız güləşi, mas-reslinq, er-eniş (at üstündə güləş) və ənənəvi kamandan oxatma idman növlərində sınayacaq.

Tədbirin açılış mərasimi və yarışlar Çolpon-Ata şəhər hippodromunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.