İDMAN


Azərbaycan idmançıları Ukraynada beynəlxalq seminarda iştirak ediblər

Bakı, 8 avqust, AZƏRTAC 

Ukraynanın Koblevo şəhərində “Goju Ryu Karate & Kobudo & Jundokan” beynəlxalq seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, iyulun 31-dən avqustun 6-dək davam edən texniki seminarda Azərbaycanı məşqçi, 3-cü dan beynəlxalq dərəcəli qara kəmər sahibi Elmin İsayevin rəhbərliyi ilə Samuray Karate klubunun idmançıları Alika Semixova, Kamil və Tamerlan Kərimli qardaşları təmsil ediblər.

Seminar 7-ci dan qara kəmər sahibi sensey Valeriy Kusinin rəhbərliyi ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.