İDMAN


Azərbaycan idmançıları XXXI Yay Olimpiya Oyunlarına tam hazırdırlar

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan idmançıları Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına tam hazırdırlar. Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiadanın iştirakçısı olacaq. İdmançılarımız əvvəlki olimpiadalarla müqayisədə ölkəmizə daha çox medalla qayıtmaq əzmindədirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların hamısı yüksək hazırlıq keçib. İdmançılarımızın hər birinin arzusu Azərbaycanın üçrəngli bayrağını Braziliyanın Rio-de-Janeyro şəhərində ucaltmaq, özünə və xalqına qürur hissi yaşatmaqdır. Milli komandanın üzvlərinin dörd illik hazırlıq prosesində tək hədəfləri Olimpiya Oyunlarında uğur qazanmaqdır.

Hazırda hazırlıq işləri demək olar ki, başa çatıb. Artıq idmançılarımız Rio-de-Janeyroya yola düşməyə hazırlaşırlar. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən rəsmi yolasalma mərasimi idmançılara əlavə stimul verib. İdmançılarımız Braziliyaya avqustun 1-də yola düşəcəklər. Avqustun 3-də Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.