İDMAN


Azərbaycan idmançıları beynəlxalq ekstremal idman növləri festivalında uğurla çıxış ediblər

Bakı, 12 iyul, AZƏRTAC 

Türkiyənin Ərzincan bölgəsində 38-ci Kəmaliyyə beynəlxalq ekstremal idman növləri festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dörd idmançıdan ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə festivalda iştirak edib. Tədbir çərçivəsində keçirilən təbii qayalara dırmanma üzrə yarışda komandamızın üzvləri 2 qızıl və 1 gümüş medal qazanıblar.

Çətinlik növündə mübarizə aparan təmsilçilərimizdən Leyla Əhmədova və Rinat Rəhimxanov birinci, Fərid Şahbazov isə ikinci pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.