İDMAN


Azərbaycan idmançıları dairəvi stend üzrə qarışıq komanda yarışının gümüş medalına sahib olub

Bakı, 17 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında dairəvi stend üzrə qarışıq komanda yarışında Azərbaycan idmançıları gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət komandamız finalda Bəhreyn təmsilçilərinə məğlub olaraq birinciliyi əldən verib.

Türkiyə komandası isə yarışı üçüncü pillədə başa vurub.

Digər komandamız - Niyaz Ağazadə və Regina Meftahətdinova dördüncü yerlə kifayətləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.