İDMAN


Azərbaycan idmançıları kombat döyüş növləri üzrə dünya çempionatında uğurla çıxış ediblər

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC 

Almaniyanın Bad Kissingen şəhərində kombat döyüş növləri üzrə üçüncü dünya çempionatı sona çatıb.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun dörd idmançısı baş məşqçi Rafət Əsədovun rəhbərliyi altında yarışda ölkəmizi təmsil edib. İdmançılarla yanaşı məşqçi özü də çempionatda fərqlənib. Belə ki, məşqçi Rafət Əsədov K-1 versiyasında Hindistan və Almaniya idmançılarını məğlub edərək fəxri kürsünün yüksək pilləsinə qalxıb. Peşəkar kəmər uğrunda döyüşdə isə Tailand idmançısını məğlub edən R.Əsədov dünya kəmərinə də sahib çıxıb.

Klubun üzvü Samir Salmanov peşəkar döyüşdə italiyalı rəqibini məğlub edərək kəməri belinə taxmağa müvəffəq olub. Kikboksinq yarışlarında Tural Cavadov ikinci, Vüqar İmanov isə üçüncü yerlə kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.