İDMAN


Azərbaycan idmançıları pankration üzrə dünya çempionatında 4 qızıl medal qazanıblar VİDEO

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları 4-ü qızıl və 1-i gümüş olmaqla ümumilikdə beş medal qazanıblar.

Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Neftçi İdman Klubu”nun yetirmələrindən Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq), Amil Məhərrəmli (85 kq), Seymur Quliyev (93 kq) qızıl, Xəyalə Əsgərova (57 kq) isə gümüş medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.