İDMAN


Azərbaycan idmançılarının “Bakı-2017”də altıncı qızıl medalı VİDEO

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında xalqımıza altıncı qızıl medal sevincini yaşadıb.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında digər idmançımız Rüstəm Orucov ilə qarşılaşan Hidayət Heydərov qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, bu il Avropa çempionu adını qazanaraq qitənin “Ən yaxşı gənc cüdoçu”su xüsusi mükafatına da layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.