İDMAN


Azərbaycan idmançısı “İlin ən yaxşı triatlonçusu” adına namizəddir

Bakı, 13 fevral, AZƏRTAC 

Avropa Triatlon Şurasının (ETU) Romadakı mənzil qərargahında “İlin ən yaxşı triatlonçusu”nun adı açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvü Rostislav Pevtsovun da adı var. İdmançımız dünya kuboku mərhələlərində, həmçinin Şatoruda sprint üzrə Avropa çempionatında medallar qazanıb. Triatlonçumuz “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib və orada debüt edib.

R.Pevtsov ötən il Avropada ən yüksək reytinqə malik triatlonçu adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.