İDMAN
Azərbaycan idmançısı Xarkovda beynəlxalq yarışda mübarizəyə qoşulub
Bakı, 28 aprel, AZƏRTAC
“Judo Club 2012” idman klubunun üzvü Cavid Mahmudlu şaolin döyüş növü üzrə beynəlxalq yarışlarda uğurla çıxış edir. İdmançımız aprelin 28-də növbəti turnirə - Ukraynanın Xarkov şəhərində start götürən qarışıq döyüş növləri üzrə beynəlxalq yarışa qatılıb.
Cavid Mahmudlu yarışa yola düşməzdən əvvəl AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Azərbaycanda idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı bizi daim qələbəyə, beynəlxalq yarışlarda bayrağımızın yüksəldilməsi üçün fədakarlıqla mübarizə aparmağa ruhlandırır. Ölkəmizdə keçiriləcək nüfuzlu idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Vətənə qələbə ilə qayıtmağa çalışacağam”.
Yarışa aprelin 29-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]