İDMAN


Azərbaycan idmançısı qraplinq üzrə Avropa  çempionatında gümüş medala sahib olub VİDEO

Bakı, 27 iyul, AZƏRTAC 

“Neftçi İdman Klubu”nun təmsilçisi Hacımurad Purtiyev (84 kq) İtaliyanın paytaxtı Romada keçirilən qraplinq üzrə Avropa çempionatında uğurlu çıxış edib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, idmançımız yarışda böyük əzmkarlıq nümayiş etdirərək qitə çempionatının gümüş medalını qazanıb.

İtaliya, Ukrayna və İspaniya təmsilçiləri üzərində qələbə qazanan H.Purtiyev finala yüksəlib. O, yalnız həlledici qarşılaşmada Fransa idmançısına məğlub olub və fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.