SİYASƏT


Azərbaycan ilə ABŞ-ın Arizona ştatı arasında əlaqələrin inkişafı üçün əlverişli imkanlar var

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinə, habelə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Cavan Mesnard təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində qazandığı uğurlardan danışıb.

Nazir Elmar Məmmədyarov ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa təmasların qurulmasının və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. O, Azərbaycan ilə Arizona ştatı arasında yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın multikulturalizm ənənələrindən danışan nazir ölkəmizdə müxtəlif dini icmaların əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.

Görüşdə, həmçinin ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.