SİYASƏT


Azərbaycan ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə uğurla əməkdaşlıq etdiyini bildirib, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Azərbaycana səfər etməsindən məmnunluq ifadə edən Yan Liddel-Qrenqer ölkəmizin AŞPA ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib. Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisində də görüşlər keçirildiyini və faydalı müzakirələr aparıldığını vurğulayan Yan Liddel-Qrenqer Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı uğurlu fəaliyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.