CƏMİYYƏT


Azərbaycan ilə Almaniya arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Berlin, 27 may, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub.

Səfərin məqsədi Almaniyadakı müvafiq qurumlarda ikitərəfli görüşlər keçirməklə sözügedən ölkənin icbari tibbi sığorta sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsindən və fikir mübadiləsinin aparılmasından ibarət olub.

Bu xüsusda, nümayəndə heyəti Almaniyanın Federal Səhiyyə Nazirliyi, İcbari Sağlamlıq Sığortası Fondlarının Milli Assosiasiyası, Özəl Sağlamlıq Sığortası Assosiasiyası, Federal Birgə Komitə, Tibb Assosiasiyası, Xəstəxana Assosiasiyası, “McKinsey” Xəstəxana İnstitutu, Federal Sığorta Agentliyi, Xəstəxanada Təzminat Sistemi İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və sözügedən qurumların fəaliyyətləri ilə yaxından tanış olub.

Keçirilmiş görüşlərin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.