İQTİSADİYYAT
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr noyabrın 15-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın görüşündə aparılıb.
Ş.Mövsümov ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.
Görüş zamanı V.Janq Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb.
Görüşdə həmçinin Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]