İQTİSADİYYAT


Azərbaycan ilə Avrasiya İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri Dmitri Pankin ilə görüşündə tərəflər arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Samir Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycan Respublikasının iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat verib, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan Dmitri Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək, bunun həm də Avrasiya İnkişaf Bankının səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.