SİYASƏT


Azərbaycan ilə Belarus arasında müdafiə sənayesi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, Yavər Camalov Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. Nazir MSN-in fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Oleq Belokonev səmimi görüşə görə təşəkkürünü bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində olub və istehsal prosesini izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.