İDMAN


Azərbaycan ilə Böyük Britaniya arasında idman və gənclər sahəsində əməkdaşlıq müzakirə edilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC 

Ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Britaniyanın əsas siyasi partiyalarını təmsil edən 11 deputat daxildir.

Görüşdə Azad Rəhimov Gənclər və İdman Nazirliyinin yaranma tarixi, müvafiq sahələrdə görülən işlər, ölkəmizdə fəaliyyət göstərən QHT-lər, qəbul olunan Dövlət proqramları haqqında ətraflı məlumat verib. Azərbaycanın mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini diqqətə çatdıran nazir ötən il Bakıda birinci Avropa Oyunlarının, bu ilin iyununda Formula-1 Avropa Qran-prisinin keçirildiyini xatırladıb. A.Rəhimov, həmçinin bu ilin sentyabrında Azərbaycanın paytaxtında 42-ci Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə IV İslam Həmrəylik Oyunlarının təşkil olunacağını deyib.

Nümayəndə heyətinin üzvləri hər iki sahədə ölkəmizdə həyata keçirilən tədbirlərin, beynəlxalq səviyyəli nüfuzlu yarışların Azərbaycanın imicinə müsbət təsir göstərdiyini deyiblər. Qonaqlar son illər bu təsirin daha əyani şəkildə hiss edildiyini diqqətə çatdırıblar. Britaniyalı deputatlar ölkələrimiz arasında gənclər və idman sahələrində maraqlı layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıblar. Onlar birgə əməkdaşlığın ikitərəfli əlaqələrin daha da genişlənməsinə şərait yaradacağını qeyd ediblər.

Sonra geniş fikir mübadiləsi aparılıb, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.