SİYASƏT


Azərbaycan ilə Çili arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Xarici İşlər Nazirlikləri səviyyəsində ikitərəfli siyasi dialoq mexanizminin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Parlamentlərarası əlaqələrin rolunu və dostluq qruplarının fəaliyyətini təqdir edən Elmar Məmmədyarov Çili Milli Konqresinin Senatında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edən, habelə Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunmasını tövsiyə edən sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları, o cümlədən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edə biləcək perspektivli sahələrlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.