CƏMİYYƏT


Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Konfutsi İnstitutunun təşkilatçılığı ilə müasir Çin ədəbiyyatının banisi, görkəmli yazıçı-publisist Lu Sinin anadan olmasının 135-ci ildönümünə həsr olunan “İpək Yolu üzərində ədəbi əlaqələr” mövzusunda ədəbi-bədii gecə keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Böyük İpək Yolu üzərində mədəni mübadilədə milli ədəbiyyatların qarşılıqlı təsirinin mütərəqqi rolundan danışıb, xalqımızın Çin ədəbiyyatına olan böyük marağını xüsusi vurğulayıb. O, həmçinin Lu Sinin bir neçə hekayələr toplusunun Azərbaycan dilində nəşr edildiyini söyləyib.

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixindən, Azərbaycan yazıçılarının yaradıcılığında Çin motivlərindən, Lu Sinin həyat və yaradıcılığından söz açıblar.

Tədbirdə, həmçinin görkəmli yazıçının əsərlərindən nümunələr göstərilib, “Əsl hekayə A-Kyu” bədii filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.