CƏMİYYƏT


Azərbaycan ilə Çin arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Çinin SİNXUA xəbər agentliyinin Moskvadakı Asiya-Avropa şöbəsinin müdiri Fan Veyqonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov bu ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib. D.Yunusov universitetdə müxtəlif dillərin tədris olunduğunu, dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. ADU-nun nəzdindəki Konfutsi İnstitutunun yaranmasından danışan professor universitetin Çinin aparıcı ali təhsil ocaqları ilə təhsil və elm sahəsində əlaqələrinin inkişafını xüsusi vurğulayıb.

ADU ilə tanışlıqdan məmnunluğunu ifadə edən F.Veyqo Azərbaycana səfərinin məqsədi barədə məlumat verib. Vurğulanıb ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi işini yüksək səviyyədə başa çatdırıb. Qonaq deyib ki, ADU-nun nəzdindəki Konfutsi İnstitutu Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verməkdədir.

Görüşdə Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində institut tərəfindən tarixi İpək Yolunun dirçəlməsi istiqamətində aparılan tədris prosesi və ictimai fəallıq barədə məlumat verib. R.Abbasov universitetdə keçirilən Çin dili kurslarından, elmi-mədəni tədbirlərdən, o cümlədən ümummilli lider Heydər Əliyevin bu ölkəyə tarixi səfəri zamanı əsası qoyulmuş, media sahəsində əməkdaşlıqdan bəhs edib.

Söhbət zamanı, həmçinin iki ölkə arasındakı informasiya sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Sonra qonaqlar universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq, eləcə də filologiya və jurnalistika fakültəsinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.