ORDU
Azərbaycan ilə Fransa arasında hərbi sahədə əlaqələr müzakirə edilib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə edib, bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Görüşdə iştirak edən Fransa Respublikası Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi, polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluğunu ifadə edərək daim Azərbaycanın səmimi dostu olaraq qalacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [10:31]
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]