İQTİSADİYYAT


Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 66 faiz artıb

A+ A

Tehran, 3 sentyabr AZƏRTAC

Cari ilin birinci yarısında Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 66 faiz artıb.

İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə yerli mətbuata bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycan hökuməti əsaslı iqtisadi islahatlara başlayıb. Bu islahatlar ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. “Aparılan islahatlar Azərbaycan ilə İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə zəmin yaratdı”, - deyə Məhəmməd İbrahim Nağızadə vurğulayıb.

Diplomat bildirib ki, cari ilin ilk 4 ayında İrandan Azərbaycana 180 milyon dollar həcmində müxtəlif mallar ixrac edilib.

Hal-hazırda İran və Azərbaycan arasında ticarət dövriyyəsi qeyri-neft sektorunda illik 500 milyon dollar təşkil edir.

Bu rəqəmin artmasi ehtimalı böyükdür.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.