SİYASƏT


Azərbaycan ilə Laos arasında əlaqələrin inkişafında KİV-lərin üzərinə böyük iş düşür

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan ilə Laos arasında əlaqələrin inkişafında kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür.

Bu fikir Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanovun bu ölkənin informasiya, mədəniyyət və turizm nazirinin müavini, Laos Jurnalistlər Assosiasiyasının sədri Savankhone Razmountri ilə görüşündə səslənib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Laos arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə inkişafının hər iki tərəf üçün faydalı olacağı bildirilib. Bu istiqamətdə ölkələrin KİV-lərinin dəstəyinin ümumi işə faydası olacağı vurğulanıb.

Tərəflər mədəniyyət sahəsində əməkdaşlığa toxunaraq, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsinin xalqlarımız arasında əlaqələrin qurulmasına böyük töhfə verəcəyini bildiriblər. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparan tərəflər hər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın qurulmasının təşviq olunması barədə razılığa gəliblər.

Laosun KİV təmsilçiləri, o cümlədən Laos Xəbər Agentliyinin direktoru Sounthone Khanthanvonq, Milli Televiziyanın direktor müavini Bounlap Douanphoumi, Milli Radionun direktor müavini Sankhane Çoumkhamphanh, “MV Lao Free” televiziyasının prezidenti Adena Mahavon və digərləri ilə görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri barədə danışılıb.

Səfir A.İmanov ölkələrimiz arasında əməkdaşlığın inkişafında, xüsusilə xalqlar arasında əlaqələrin qurulmasında jurnalistlərin böyük rol oynadığını vurğulayıb və Laos KİV-lərindən bu prosesə dəstək verməyi xahiş edib.

Görüş zamanı Laos KİV nümayəndələri Azərbaycan səfirliyi və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın qurulub inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, enerji və infrastruktur layihələri, turizm potensialı barədə məlumat verilib, müvafiq videolar nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.