SİYASƏT


Azərbaycan ilə Latviya arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar var

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Latviya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyi nəzərə çatdırılıb. İqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük potensialın mövcudluğu bildirilib, nəqliyyat, sərnişin və yük daşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sferalarda geniş imkanların olduğu vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair yekdil fikir ifadə edilib.

Görüşdə Azərbaycanla Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.