MƏDƏNİYYƏT


Azərbaycan ilə Macarıstanı çoxillik dostluq və sıx iqtisadi əməkdaşlıq əlaqələri bağlayır

Bakı, 24 may, AZƏRTAC

Aprelin 27-də Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olub. AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 24-də Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Müasir İncəsənət Muzeyində “Macarıstanın və Azərbaycanın gözəlliyi” adlı fotosərgi açılıb.

Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski tədbiri açaraq bildirib ki, Azərbaycan ilə Macarıstanı çoxillik dostluq və sıx əməkdaşlıq əlaqələri bağlayır. O deyib: “Ölkələrimizin xalqları 25 il ərzində bir-birini yaxından tanıyıblar və çox yaxınlaşıblar. Azərbaycan ilə Macarıstan bir çox məsələlər üzrə bir-birini dəstəkləyir, əlaqələrimiz ildən-ilə möhkəmlənir və genişlənir. Bugünkü fotosərginin məqsədi iki ölkənin mənzərəli guşələrini nümayiş etdirməkdir”.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Ekspozisiyada Bakının və Budapeştin, habelə ölkələrimizin digər şəhərlərinin abidələrinin və görməli yerlərinin fotoşəkilləri təqdim edilib.

Sərginin açılışında ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.