Azərbaycan ilə Malayziya arasında ali təhsil sahəsində əlaqələr genişlənir
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də təhsil naziri Mikayıl Cabbarov Malayziyanın Perlis ştatının vəliəhd şahzadəsi və Perlis Universitetinin rektoru Tuanku Syed Faizuddin Putranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ali təhsil sahəsində Azərbaycan-Malayziya əlaqələrinin cari vəziyyəti və inkişafı, o cümlədən ölkəmizin ali təhsil müəssisələri ilə Perlis Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.