SİYASƏT
Azərbaycan ilə Maldiv Respublikası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında iştirak etmək üçün Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Maldiv Respublikası arasında siyasi, iqtisadi və turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin İƏT-in Xarici İşlər Nazirləri Şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə söhbət aparılıb.