Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan ilə Misir siyasi, ədəbi və mədəni sahələrdə möhkəm əlaqələrə malikdir VİDEO

Azərbaycan ilə Misir siyasi, ədəbi və mədəni sahələrdə möhkəm əlaqələrə malikdir VİDEO Bakı, 31 oktyabr, AZƏRTAC

Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru doktor Əhməd Sami əl-Aydi AZƏRTAC-a müsahibəsində ölkələrimiz arasında siyasi, ədəbi və mədəni sahələrdə əlaqələrdən danışıb. Müsahibəni təqdim edirik.

- İxtisasca filoloqsunuz. İlk sualım da bu sahə ilə bağlı olacaq. Azərbaycan ilə Misir arasında ədəbi sahədə əlaqələri necə qiymətləndirirsiniz?

Azərbaycan ilə Misir arasında əlaqələr qədim tarixə malikdir. Hazırda bəzi səbəblərə görə ədəbi əlaqələrimiz bir qədər zəifdir. Buna baxmayaraq, ədiblərin müştərək simpoziumlarını, konfranslarını keçirməklə bu əlaqələrin inkişafının təmin edilməsi istiqamətində işlər görülür. Həmçinin, son zamanlar Azərbaycan dilində kitabların ərəb dilinə, ərəb dilində kitabların isə Azərbaycan dilinə tərcüməsi sahəsində fəallıq hiss olunur. Yaxın gələcəkdə bu işi daha da fəallaşdırmağa çalışırıq. Ərəb ədəbiyyatının tədqiqi və tərcüməsi sahəsində Azərbaycanın yaxşı ənənəsi var. Bu ənənənin əsasını görkəmli şərqşünas alim Aida İmanquliyeva qoyub. Biz bu məktəbdən çox şeyi öyrənməliyik.

- Azərbaycan və Misir məsafə baxımından bir-birindən uzaq olsalar da, ölkələrimiz arasında oxşar paralellər tapmaq mümkündür. Bu barədə nə düşünürsünüz?

- İslam ölkələri olan Misir və Azərbaycanı ortaq din, mədəniyyət bağlayır. Bu oxşarlığı Azərbaycan və ərəb dilləri arasında da görə bilərik. Azərbaycan dilində ərəb dilindən alınma çoxlu sözlər var. Eyni zamanda, ərəb dilinə də Azərbaycan sözləri keçib. Azərbaycan sürətlə inkişaf edir. Misir də inkişafa can atır. Misir və Azərbaycan xalqlarının oxşar xüsusiyyətlərindən biri də onların qonaqpərvərlikləri, insanlara yardım etməyi sevmələri və adət-ənənələrinə bağlı olmalarıdır.

- Siz Mədəniyyət Mərkəzinin direktoru təyin olunanadək Misirin məşhur Ayn Şəms Universitetində Azərbaycan dilindən dərs deyirdiniz. Misirli tələbələr Azərbaycan mədəniyyəti və tarixindən, onun bugünkü inkişafından nə dərəcədə xəbərdardırlar?

- Biz Misirdə Azərbaycan dilinin tədrisinə 1998-ci ildən başlamışıq. Mənə də Azərbaycan dili və ədəbiyyatı ixtisasına ilk yiyələnənlərdən biri olmaq şərəfi nəsib olub. Bundan sonra Azərbaycan dilini öyrənən tələbələrin sayı ildən-ilə artmağa başladı, bəzən ildə yüz tələbəyə çatdı. Bir ildə Azərbaycan dilini öyrənən bu qədər tələbə sayına dünyanın heç bir ölkəsində rast gəlinmir. Bu da bizim aramızdakı yaxınlığa ən yaxşı sübutdur. Biz dərslərimizdə təkcə dilin tədrisi ilə kifayətlənmir, həm də tələbələrə Azərbaycanın üzləşdiyi problemlər, xalqımızın adət-ənənələrini, tanınmış klassik və müasir ədiblərini tanıtdırırıq. Klassiklərdən dahi şairlər Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, müasir yazıçılardan Anarın, Elçinin və başqalarının əsərləri öyrədilir. Həmçinin, tələbələrlə birlikdə universitetdə Azərbaycan ilə bağlı tədbirlər, simpoziumlar keçirilir, Azərbaycan ədiblərinin şeirlərindən və hekayələrindən seçmələr orijinal dildə səsləndirilir. Bu da iştirakçıların rəğbətinə səbəb olur. Bu, tələbələrimizin Azərbaycan dili və mədəniyyətinə maraqlarının səviyyəsini göstərir. Azərbaycan mədəniyyəti misirlilərə doğma mədəniyyətdir. Ölkəniz islam dəyərlərinə malik olduğu üçün onun mədəniyyəti, ümumiyyətlə, ərəb mədəniyyətinə oxşardır.

- Ölkələrimizin mədəniyyətlərinin qarşılıqlı təbliği istiqamətində nə kimi işlər görülür? Ümumiyyətlə, bu gün iki ölkə arasında mədəni münasibətlərin səviyyəsini necə səciyyələndirərdiniz?

- Misir ilə Azərbaycan arasında əlaqələrin inkişaf səviyyəsini mədəniyyət sahəsində də görürük. Bu sahədə əlaqələrimiz gündən-günə inkişaf edir. Ölkələrimiz arasında hər il mədəniyyət həftəsi keçirmək barədə razılıq əldə olunub. Bu il Azərbaycanda Misir mədəniyyət günləri keçiriləcək. Gələn il isə Misirdə Azərbaycan mədəniyyət günlərinin təşkili planlaşdırılıb. Azərbaycan Misirdə keçirilən beynəlxalq festivallarda iştirak etməyə maraq göstərir. Bu ilin sentyabrında Misirdə keçirilmiş klassik musiqi festivalında Azərbaycan da iştirak etdi. Həmçinin, Misir Azərbaycanın ev sahibliyi etdiyi mədəni tədbirlərin, festivalların əksəriyyətində iştirak edir. Oktyabrda Misir “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə VI Beynəlxalq uşaq muğam festivalında iştirak etdi. Bu festivalda Misirdən iki tələbə iştirak edərək ikinci və üçüncü yerləri tutdular. Həmçinin, Misir Mədəniyyət Mərkəzi Azərbaycanda müxtəlif yerlərdə, xüsusilə universitetlərdə sərgilər və simpoziumlar keçirir. Azərbaycan tərəfi də Misirdə, ölkənin əksər universitetlərində simpozuimlar, tədbirlər təşkil edir. Düşünürük ki, möhkəm əlaqələrin bariz nümunələrindən biri də Misir Mədəniyyət Mərkəzinin burada fəaliyyətə başlamasıdır. Mərkəz Azərbaycanda yeganə ərəb mərkəzidir. Bu, Misirin Azərbaycana, onun xalqına, ənənələrinə marağının göstəricisidir. Bizim bu sahədə qarşılıqlı əlaqələrimiz möhkəmdir. Mədəniyyətlərin təbliği ilə həm də mühüm sahə olan tərcümə vasitəsilə məşğuluq. Azərbaycan ədəbiyyatı nümunələrinin bəziləri ərəb dilinə tərcümə edilib. Buna Kamal Abdullanın “Yarımçıq əlyazma” və Vaqif Sultanlının “İnsan dənizi” əsərlərini nümunə göstərmək olar. Həmçinin, Xocalı faciəsi, Məhsəti Gəncəvi haqqında kitablar AZƏRTAC-ın əməkdaşları tərəfindən ərəb dilinə tərcümə olunub. O cümlədən misirli ədib, Nobel mükafatı laureatı Nəcib Məhfuzun seçilmiş əsərləri Azərbaycan dilinə çevrilib. Bu əsərin tərcüməsində AZƏRTAC-ın ərəb bölməsinin müdiri Şıxəli Əliyev də iştirak edib. Düşünürəm ki, bütün bunlar ölkələrimiz arasında qədimdən bəri mövcud olan mədəni əlaqələrin səviyyəsini göstərir.

- Bu yaxınlarda Misir Mədəniyyət Mərkəzinin Azərbaycanda fəaliyyət göstərməsinin 15 illiyini qeyd etdiniz. Mərkəz yaxın gələcəkdə hansı tədbirləri keçirməyi planlaşdırır?

- Azərbaycanda Misir Mədəniyyət Mərkəzinin 15 illik fəaliyyəti Misirə olan marağın bir növ göstəricisidir. Misir Mədəniyyət Mərkəzi qarşıdakı illərdə bir sıra tədbirlər keçirməyi planlaşdırır. Mərkəz Azərbaycanın bir neçə universitetində Misir mədəniyyət həftəsi keçirməyi nəzərdə tutur. Həmçinin, Mərkəzin planına bu il dekabrın 18-də Beynəlxalq Ərəb Dili Günü münasibətilə tədbir keçirmək də daxil edilib. Mərkəz Azərbaycanda keçiriləcək Misir mədəniyyət həftəsinə Qahirədəki uşaq xalq sənətləri ansamblını dəvət etmək niyyətindədir. Bu, Azərbaycanda Misir uşaq ansamblının iştirakı ilə keçiriləcək ilk tədbir olacaq. Mədəniyyət Mərkəzi mütəxəssislər üçün ərəb dili və danışıq kursları da təşkil edir. Bütün bu tədbirləri keçirməklə Misir Mədəniyyət Mərkəzi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasını təmin etmək, mədəniyyətlərimiz arasında əlaqələri inkişaf etdirmək məqsədini güdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO