SİYASƏT
Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Podqoritsa, 28 noyabr, AZƏRTAC
Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənovun bu ölkənin Baş naziri Milo Cukanoviç ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə M.Cukanoviç Azərbaycan tərəfindən Monteneqroda uğurla həyata keçirilən layihələrin iki ölkə arasında əlaqələrin möhkəm əsasını təşkil etdiyini və gələcək investisiya yatırımlarına əhəmiyyətli təkan verəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı Baş nazirin Bakıya son səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiyi xüsusi vurğulanıb. E.Həsənov Monteneqronun dənizkənarı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Tivat və Herseq Novi bələdiyyələri arasındakı layihə ilə bağlı Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.
Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa