CƏMİYYƏT


Azərbaycan ilə Pakistan arasında humanitar minatəmizləmə sahəsində ikitərəfli əlaqələr yaradılacaq

Bakı, 20 iyul, AZƏRTAC

Pakistan İslam Respublikasının nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş qərargahında görüş keçirilib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin direktoru Qəzənfər Əhmədov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi ölkələrdə aparılan humanitar minatəmizləmə sahəsində ikitərəfli əlaqələrin qurulması və qarşılıqlı təcrübə mübadiləsi üzrə danışıqlar olub.

Nümayəndə heyətinə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, indiyədək xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, mina təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım layihələri, eləcə də ANAMA-nın qısa və uzunmüddətli strategiyası barədə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.