SİYASƏT


Azərbaycan ilə Peru arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Perunun ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Elmar Məmmədyarov Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Perunun ölkəmizdə səfirliyinin açılmasının və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.

Luis Çanq Boldrini fəaliyyəti dövründə Peru ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı səfərlərin təşkilinin, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının və əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. Ölkələrimiz arasında kənd təsərrüfatı, enerji, qarşılıqlı sərmayə qoyuluşu, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.