SİYASƏT


Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər inkişaf edir

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Artur Rasizadə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Baş nazir iqtisadiyyatın bir çox sahələrində birgə layihələrin işlənməsi üçün böyük perspektivlərin mövcudluğunu bildirib, energetika, nəqliyyat, sərnişin və yük daşımaları, kənd təsərrüfatı, mədəniyyət və digər humanitar sferalarda geniş imkanların olduğunu deyib.

Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verdiyini söyləyib, iki ölkə arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair yekdil fikir ifadə edilib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.