İQTİSADİYYAT


Azərbaycan ilə Serbiyanın işgüzar dairələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 17 may, AZƏRTAC

Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti ilə keçirilən görüşdə hər iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti, ölkəmizin biznes və investisiya mühiti, o cümlədən son dövrdə aparılan islahatlar barədə məlumat verib, Azərbaycan və Serbiya iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Zoran Sam rəhbərlik etdiyi qurumun məqsədləri, iki ölkə arasında dostluq əlaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyəti barədə məlumat verib.

Görüşdə hər iki ölkənin ixrac imkanları, kənd təsərrüfatı, qida sənayesi, kimya, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən Serbiya şirkətlərinin Azərbaycanda investisiya perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan-Serbiya əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin daha da gücləndiriləcəyi ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.