SİYASƏT
Azərbaycan ilə Türkiyənin hərtərəfli inkişafı xalqlarımızın firavanlığını təmin edir
İstanbul, 14 iyul, AZƏRTAC
Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev İstanbul vilayətinin Beşiktaş rayon bələdiyyəsinin sədri Murat Hazinedar və vilayətin təhsil idarəsinin müdiri Ömər Faruk Yelkənci ilə görüşüb.
Bələdiyyədə və təhsil idarəsində keçirilmiş görüşlərdə diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün tarixi xilaskarlıq missiyaları xalqlarımızın və ölkələrimizin işıqlı həyatını təmin edib. Azərbaycan ilə Türkiyənin hərtərəfli inkişafı xalqlarımızın firavanlığını təmin edir. Qeyd olunub ki, digər sahələrdə olduğu kimi, təhsil sahəsindəki əməkdaşlığın da daha sürətlə genişlənməsi qarşılıqlı maraqlarımıza uyğundur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul