İQTİSADİYYAT


Azərbaycan ilə UNECE arasında Çərçivə Memorandumunun hazırlanması barədə razılığa gəlinib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC 

Azərbaycan ilə UNECE arasında əməkdaşlıq imkanları və potensialına dair Çərçivə Memorandumunun hazırlanması barədə razılığa gəlinib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu razılıq Gəncədə keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahil Babayevin BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı direktoru Kristian Fris Baxa ilə görüşündə əldə olunub.

Görüşdə, həmçinin Gəncə İqtisadi Forumunun əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə BMT-nin qurumları, xüsusilə UNECE ilə əməkdaşlıq perspektivləri təhlil edilib, iqtisadi analiz, ətraf mühitin tənzimlənməsi, statistika, enerji, nəqliyyat, sənaye, ticarət sahəsində reallaşdırılan layihələrdə əməkdaşlığın genişləndirilməsi, UNECE tərəfindən bu sahələrdə fəaliyyətin analizi, konvensiyaların təkmilləşdirilməsi, tənzimlənməsi və standartların tətbiqi, eləcə də texniki yardımların göstərilməsi məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.