İQTİSADİYYAT


Azərbaycan ilə UNESCAP arasında Niyyət Protokolunun hazırlanması təklif edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan ilə UNESCAP arasında Niyyət Protokolunun hazırlanması təklif edilib.

Təklif BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” mövzusunda 2016-cı il Gəncə İqtisadi Forumu çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahil Babayevin BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin davamlı inkişaf üzrə müavini Kaveh Zahidi ilə görüşündə səsləndirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Azərbaycanın UNESCAP-la iqtisadi əməkdaşlığın təşviqi, layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsi istiqamətində fəal əməkdaşlığı diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən olunması üçün Azərbaycan ilə UNESCAP arasında Niyyət Protokolunun hazırlanması təklif edilib.

UNESCAP icraçı katibinin müavini Kaveh Zahidi təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əlaqələrini, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin UNESCAP tərəfindən təşkil edilən tədbirlərdə və beynəlxalq ekspert qruplarında səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Görüşdə SPECA-nın 2016-cı il üzrə İqtisadi Forumunun uğurlu nəticələri qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.