MƏDƏNİYYƏT


Azərbaycan ilə UNICEF arasında əlaqələr genişlənir

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə UNICEF rəhbərinin müavini Castin Forsayt arasında keçirilən görüşdə Azərbaycan ilə UNICEF arasında əlaqələrin tarixi inkişafı və ölkəmizin uşaqlar və gənclərlə bağlı siyasəti, ailə dəyərləri və qurumun bu istiqamətlərdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə nazir Ə.Qarayev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz doğma yurdlarından zorla qovulmuş, məcburi köçkün və qaçqınların ailə vəziyyəti, xüsusilə də uşaqların mədəni özünüifadə hüquqlarının bu təcavüz nəticəsində məhdudlaşdırıldığını diqqətə çatdıraraq qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi ilə bağlı birgə layihələrin həyata keçirilməsini təklif edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə, həmçinin mədəniyyətlərarası dialoq sahəsində uşaqların sülhə çağırış mesajlarına Azərbaycanın təşkil etdiyi tədbirlərdə, xüsusilə Bakı Prosesi çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında yer ayrıldığı, mədəni proqramlar təşkil edildiyi diqqətə çatdırılıb.

UNICEF rəsmisi öz növbəsində Azərbaycanla əməkdaşlıq səviyyəsindən məmnunluğunu, qeyd edilən istiqamətlərdə ölkəmizlə birgə işləməyə hazır olduqlarını və yeni təyin olunmuş UNICEF nümayəndəsinin bu məsələlərə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.