İQTİSADİYYAT


Azərbaycan indiyədək AÇG-dən 240 milyon tonadək mənfəət nefti əldə edib

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC

Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2017-ci il iyun ayının 1-dək dünya bazarında Azərbaycanın payına düşən 240 milyon ton mənfəət nefti satılıb.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə qeyd edib ki, mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni, 59 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.