SİYASƏT


Azərbaycan inkişaf göstəricilərinə görə böyük uğurlara imza atıb

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-19-da BMT-nin mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk könüllü milli icmalının təqdim edilməsi məqsədilə Nyu-Yorkda səfərdədir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Steyner ilə görüşüb.

Görüşdə Baş nazirin müavini son illər Azərbaycanın sürətli inkişafa nail olduğunu və bunun nəticəsində ölkədə yoxsulluq həddinin 49 faizdən 5 faizə qədər azaldığını diqqətə çatdırıb. Əli Əhmədov BMT-nin İnkişaf Proqramının Azərbaycanda həyata keçirdiyi uğurlu layihələrin müsbət nəticələr verdiyini, eyni zamanda, İnkişaf Proqramının bir sıra sahələrdə bacarıqların artırılması, texniki dəstək və regional inkişaf proqramlarına töhfə verdiyini vurğulayıb. BMT-nin İnkişaf Proqramının Azərbaycan ilə əlaqələrinin vacibliyini vurğulayan Əli Əhmədov təşkilatın növbəti illərdə də ölkəmizdə həyata keçirilən müxtəlif inkişaf proqramlarına töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycanın inkişaf göstəricilərinə görə son illərdə böyük uğurlara imza atdığını qeyd edən BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Steyner təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübənin Dayanıqlı İnkişaf Məqsədlərinin də həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.